Jurnalistlər Lənkərana getdilər - SƏBƏB?

10:07 07.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Mətbuat Günü münasibətilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 2–3 iyul tarixlərində media nümayəndələri üçün mediatur təşkil olunub.

Hafta.az xəbər verir ki, səfərin məqsədi bölgələrdə fəaliyyət göstərən fermerlərin fəaliyyəti, aqrar sahədə tətbiq olunan innovativ yanaşmalar, dövlət dəstəyi ilə həyata keçirilən layihələr və yerli istehsal barədə ictimaiyyətin məlumatlandırılması olub.

Mediatur çərçivəsində iştirakçılar Lənkəran rayonunda “Şəhərdən Kəndə” layihəsi çərçivəsində dəstək göstərilən “Arıçılıq Muzeyi”, “Leynə Co” və “Citrus Valley” təsərrüfatlarını ziyarət edərək görülən işlərlə tanış olub, fermerlərlə görüşüblər.

İki gün davam edən səfər zamanı media nümayəndələri regionun aqrar potensialı ilə yaxından tanış olaraq, yerli təsərrüfatlar, onların istehsal imkanları və inkişaf perspektivləri barədə ətraflı məlumat əldə ediblər.

Mediatur kənd təsərrüfatı sahəsində görülən işlərin mediada daha geniş işıqlandırılmasına, kəndlə şəhər arasında informasiya körpüsünü möhkəmləndirilməsinə və medianın aqrar sahənin inkişafındakı rolunun gücləndirilməsinə xidmət edir.

Jurnalistlər üçün Lənkərana mediatur təşkil olunub - FOTOLARJurnalistlər üçün Lənkərana mediatur təşkil olunub - FOTOLARJurnalistlər üçün Lənkərana mediatur təşkil olunub - FOTOLARJurnalistlər üçün Lənkərana mediatur təşkil olunub - FOTOLARJurnalistlər üçün Lənkərana mediatur təşkil olunub - FOTOLARJurnalistlər üçün Lənkərana mediatur təşkil olunub - FOTOLARJurnalistlər üçün Lənkərana mediatur təşkil olunub - FOTOLARJurnalistlər üçün Lənkərana mediatur təşkil olunub - FOTOLARJurnalistlər üçün Lənkərana mediatur təşkil olunub - FOTOLARJurnalistlər üçün Lənkərana mediatur təşkil olunub - FOTOLAR