Almaniya Milli Təhlükəsizlik Şurasının Kansler Fridrix Mertsin sədrliyi ilə iclası keçirilib.
Hafta.az Almaniya hökumətinin saytına istinadla xəbər verir ki, iclasda Ankarada keçiriləcək NATO Sammiti ərəfəsində Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, Almaniya hökuməti Ukraynaya qətiyyətli dəstəyini davam etdirəcək və tərəfdaşları ilə birlikdə Rusiyaya təzyiqi daha da artıracaq.
Qeyd olunub ki, Almaniya hökumətinin məqsədi ədalətli və davamlı sülhə nail olunması üçün ciddi danışıqların başlanmasıdır. Rəsmi Berlin Ukraynanın Rusiya ilə Avropa və ABŞ-ın iştirakı ilə birbaşa danışıqların keçirilməsi barədə təklifini dəstəklədiyini bir daha bəyan edib.
İclasda, həmçinin qabaqcıl süni intellekt modellərinin strateji idarə olunması və hərtərəfli müdafiə məsələsi ilə bağlı müzakirələr aparılıb.