Yazını böyüt
Yazını kiçilt
Oman sahillərində üzən tanker naməlum mərmi ilə vurulub. Hadisə nəticəsində gəmidə yanğın baş versə də, ekipaj üzvləri arasında xəsarət alan olmayıb.
Hafta.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hadisə Omanın Limah şəhərindən təxminən 8 kilometr şərqdə qeydə alınıb. Cənuba doğru hərəkət edən tanker liman tərəfində naməlum mərmi ilə vurulub və nəticədə yanğın baş verib.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.