Suriya 8 “Airbus” təyyarəsi alacaq

08:35 07.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Suriya yaxın vaxtlarda Avropanın təyyarə istehsalçısı “Airbus” ilə səkkiz sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalaya bilər.

Hafta.az xəbər verir ki, bu barədə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Fransanın BFMTV telekanalına müsahibəsində danışıb.

Əl Şaraa təyyarələrin hansı şərtlərlə alınacağını açıqlamayıb.

Məlumata görə, Suriyanın milli aviadaşıyıcısı “Syrian Arab Airlines” Qətər sərmayəsi hesabına həyata keçirilən modernləşdirmə proqramı çərçivəsində hazırda 12 təyyarədən ibarət parkını genişləndirməyi planlaşdırır.