Yazını böyüt
Yazını kiçilt
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında bu gecə 1/8 finalın daha iki oyunu keçiriləcək.
Hafta.az xəbər verir ki, ilk olaraq meydana Portuqaliya və İspaniya komandaları çıxacaqlar. Dallas stadionunda baş tutacaq prinsipial görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
İyulun 7-nə keçən gecə isə ABŞ millisi Belçika yığması ilə münasibətlərinə aydınlıq gətirəcək. Sietl stadionunda oynanılacaq qarşılaşma saat 04:00-da start götürəcək.
Qeyd edək ki, Mərakeş, Fransa, İngiltərə və Norveç milli komandaları artıq 1/4 finala vəsiqə qazanıblar.
Mundiala iyulun 19-da yekun vurulacaq.