Yazını böyüt
Yazını kiçilt
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olacaq İslandiyanın “Vestri” klubu ölkə çempionatının 1-ci liqasında (statusuna görə yüksək liqadan sonra) növbəti oyununu keçirib.
Hafta.az xəbər verir ki, komanda səfərdə “Qrindavik”lə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib - 0:0.
Bu nəticədən sonra “Vestri” xalını 21-ə çatdırıb. Komanda 13 turdan sonra İslandiya I Divizionunun turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində ilk oyununu iyulun 9-da Bakıda, cavab görüşünü isə iyulun 16-da Reykyavikdə “Vestri”yə qarşı keçirəcək.