Yazını böyüt
Yazını kiçilt
Çin modifikasiya edilmiş “Uzun yürüş-6” daşıyıcı raketi ilə orbitə 13 peyk göndərib.
Hafta.az xəbər verir ki, raket Pekin vaxtı ilə saat 17:30-da Şensi əyalətindəki Tayyuan buraxılış məntəqəsindən buraxılıb.
Raket peykləri planlaşdırılan orbitə çatdırıb. Peyklər Çinin aşağıorbitli meqakommersiya rabitə peyk şəbəkəsinin (“Spacesail Constellation”) tərkib hissəsi kimi fəaliyyət göstərəcək. “Spacesail Constellation” qlobal müştərilərə yüksəksürətli, təhlükəsiz və etibarlı genişzolaqlı internet xidmətləri göstərir. Şirkət aşağı hündürlükdə orbitlərdə 15 mindən çox peyk yerləşdirməyi planlaşdırır.