Ukrayna Moskvaya kütləvi dron hücumu edib

12:17 04.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib.

Hafta.az xəbər verir ki, bu haqda Moskva meri Sergey Sobyanin bildirib.

O, 62 Ukrayna PUA-sının Moskvaya yaxınlaşarkən vurulduğunu söyləyib.

Sobyaninin sözlərinə görə, son sutka ərzində Moskva regionu istiqamətində 200-dən çox dron uçub və onların əksəriyyəti paytaxt regionuna çatmamış hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.