Cəlilabadın bir hissəsi qazsız qalacaq

18:43 03.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabad şəhərinin bir hissəsində qaz olmayacaq.

Hafta.az xəbər verir ki, buna səbəb ​payız-qış mövsümünə hazırlıq işləridir.

Bununla əlaqədar olaraq iyulun 6-sı saat 10:00-dan işlər yekunlaşanadək Cəlilabad şəhərinin Heydər Əliyev prospektinin, Azərbaycan, M.Hüseynzadə və 20 Yanvar küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.