Dövlət qulluğuna qəbul imtahanına qeydiyyat başlanır

18:27 03.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 2-də BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.

DİM-dən hafta.az-a bildirilib ki, BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanında iştirak üçün qeydiyyat iyulun 3-ü saat 17:00-da başlayacaq və iyulun 23-ü saat 18:00-dək davam edəcək.

Qeyd edək ki, imtahanda iştirak etmək istəyən namizədlər əvvəlcə DİM-in internet portalında “Şəxsi kabinet” yaratmalı (əgər mövcud deyilsə), sonra isə kabinetdəki hesablarına müvafiq məbləği köçürməlidirlər. Bundan sonra namizədlər portalda “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçə bilərlər.

“Şəxsi kabinet”ə vəsait müxtəlif ödəniş üsulları ilə köçürülə bilər. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən, lakin imtahana gəlməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.