Türkiyə generalı Azərbaycan HDQ-də olub

16:07 03.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin (MMU) rektor müavini general-leytenant Burhan Aktaşın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Hərbi Dəniz Qüvvələrin (HDQ) komandanı kontr-admiral Şahin Məmmədov ilə görüşüblər.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş çərçivəsində nümayəndə heyətinə HDQ-nin tarixi, fəaliyyəti, döyüş hazırlığı və kadrların peşəkar inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib, maraq doğuran suallar cavablandırılıb.
General-leytenant Burhan Aktaş xatirə kitabına ürək sözlərini yazıb.

HDQ-nin N hərbi hissəsinə gələn nümayəndə heyəti burada dəniz xüsusi təyinatlılarının silah və texniki vasitələri ilə tanış olub.

Sonra plana uyğun olaraq türkiyəli qonaqlar Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda olublar. Nümayəndə heyətinə tədris prosesi barədə məlumat verilib.

Qonaqlar təhsil müəssisəsinin ərazisi və inzibati binalarında yaradılan şəraitlə tanış olub, burada təhsil alan türkiyəli kursantlarla görüşüb, onların tədris prosesi, sosial-məişət şəraiti və ümumi hazırlıq səviyyələri ilə maraqlanıblar.

Daha sonra türkiyəli nümayəndələr Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb oyunları mərkəzini ziyarət ediblər. Türkiyəli qonaqlara mərkəzdə icra olunan fəaliyyətlər və Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində mövcud olan əməkdaşlığa dair brifinq təqdim olunub.