Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edib

16:21 03.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ədliyyə naziri Fərid Əhmədov bu gün Balakən rayonunda vətəndaşları qəbul edib.

Bu barədə hafta.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Qəbulda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarından ümumilikdə 55 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.