Moldovanın Baş naziri istefa verib

12:19 03.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Moldovanın Baş naziri Aleksandr Muntyanu istefa verdiyini açıqlayıb.

Hafta.az xəbər verir ki, Aleksandr Muntyanu səlahiyyət müddətinə son qoymaq qərarını “Facebook” səhifəsində açıqlayıb.

“Baş nazir olmaq təklifini böyük məsuliyyətlə və vəziyyətin yaxşılaşdırılmasına töhfə verə biləcəyimə dair qəti əminliklə qəbul etdim. Artıq mandatımı yerinə yetirə bilməyəcəyimi anladığım anda istefa vermək qərarına gəldim. Bütün həmkarlarıma - nazirlərə, onların komandalarına, peşəkar və vicdanla çalışan insanlara təşəkkür edirəm. Harada yaşamağımdan və istər dövlət, istərsə də özəl sektorda yerinə yetirdiyim vəzifələrdən asılı olmayaraq, istənilən vəzifədə ölkəmə xidmət etməyə davam edəcəyəm”, - deyə Muntyanu yazıb.

Aleksandr Muntyanu 2025-ci il oktyabrın 31-də Moldovanın Baş naziri vəzifəsinə təyin edilib./“Point.md”/