Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı rayonunun Ərkivan qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Hafta.az bu barədə FHN-ə istinadən bildirir.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, "Mercedes" markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb və qəza nəticəsində iki nəfər deformasiya olmuş nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən operativ xilasetmə tədbirləri sayəsində xəsarət alan hər iki şəxs avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.