Güləş üzrə dünya çempionatına böyük maraq var

22:55 02.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatına böyük maraq var.

Azərbaycan Güləş Federasiyasından hafta.az-a verilən məlumata görə, Milli Gimnastika Arenasında təşkil ediləcək mötəbər yarışa dünyanın müxtəlif ölkələrindən 650-dən artıq idmançının adı qeydiyyatdan keçirilib. Mundialla bağlı Azərbaycana ümumilikdə 1000-dən artıq qonağın gəlişi gözlənilir.

Çempionatın ilk günlərində yunan-Roma güləşi üzrə qarşılaşmalar keçiriləcək. Ardınca qadın güləşçilər mübarizəyə qoşulacaqlar. Yarışın son günlərində isə sərbəst güləş üzrə qaliblər müəyyənləşəcək.

Görüşlər hər gün saat 10:30-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 18:00-da start götürəcək. Çempionatın təntənəli açılış mərasimi 27 iyul saat 17:15-də baş tutacaq.