83 yaşlı kişinin bıçaqlanmış meyiti tapıldı

16:12 02.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda müəmmalı ölüm hadisəsi baş verib.

Hafta.az lent.az-a istinadən xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

 
Belə ki, 1943-cü il təvəllüdlü qəsəbə sakini İsmayıl Yusifovun üzərində bıçaq xəsarətləri olan meyiti yaşadığı evdə aşkar edilib.

Hadisənin motivi məlum deyil. 

Hazırda faktla bağlı araşdırma aparılır.