İrandan Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq

15:09 02.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın Birləşmiş Hərbi Komandanlığı Hörmüz boğazından keçən bütün neft tankerlərinin yalnız Tehranın təsdiqlədiyi marşrutlardan istifadə etməli olduğunu, əks halda "qətiyyətli cavabla" üzləşəcəklərini bəyan edib.

Hafta.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının bəyanatına istinadən məlumat yayıb.

"İranın Hörmüz boğazında müəyyən etdiyi marşrutlara və naviqasiya qaydalarına əməl edilməməsi, təyin olunmuş marşrutdan kənara çıxılması və ya bu qaydaların pozulması silahlı qüvvələr tərəfindən dərhal və qətiyyətli cavabla qarşılanacaq. Bu isə qaydanı pozan gəmilərin təhlükəsizliyini risk altına salacaq", – bəyanatda bildirilir.