Atasının avtomobili ilə buddist rahibləri vurdu: 8 ölü, 18 yaralı

15:16 02.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tailandda 11 yaşlı oğlan atasının avtomobili ilə buddist rahibləri vurub.

Hafta.az xəbər verir ki, hadisə Tailandın şimal-şərqində baş verib. Belə ki, atasının avtomobilini icazəsiz götürən 11 yaşlı oğlan idarəetməni itirərək, yolda hərəkətdə olan rahiblərə çırpılıb.

Qəza nəticəsində 8 nəfər ölüb, 18 nəfər yaralanıb.

Yaralılardan 13-nün vəziyyəti ağırdır./“Bangkok Post”/