Bakıda 79 yaşlı kişi yıxılaraq ölüb

10:59 03.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda evində yıxlan 79 yaşlı kişi xəstəxanada ölüb.

Hafta.az xəbər verir ki, hadiəs paytaxtın Nərimanov rayonunda baş verib.

Məlumata görə, iyunun 28-də 1947-ci il təvəllüdlü Əmralı Şirəliyev yaşadığı evdə ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən Ə.Şirəliyev ötən gün orada ölüb.

Faktla bağlı araşdırma aparılır.