Yazını böyüt
Yazını kiçilt
Dəməşqin Hicaz bölgəsində kafedə baş verən qanlı terror aktı nəticəsində ölənlərin sayı 9-a çatıb. 20-yə yaxın şəxsin yaralandığı bildirilir.
Hafta.az xəbər verir ki, bu barədə yerli media yazıb. Bildirilir ki, yaralıların bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Suriya Daxili İşlər Nazirliyinin məlumatına görə, partlayıcı qurğu kafenin daxilində quraşdırılıbmış. Hadisə ilə bağlı təhqiqata başlanılıb.
Bir sıra dövlətlər Suriyada baş vermiş terror aktını şiddətlə pisləyib.