Yazını böyüt
Yazını kiçilt
Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo karyerası ərzində 976-cı qolunu vurub.
Hafta.az xəbər verir ki, 41 yaşlı hücumçu DÇ-2026-nın 1/16 final mərhələsinin Xorvatiya ilə oyununda fərqlənib.
Təcrübəli forvard 68-ci dəqiqədə penaltidən fərqlənib.
Bu, həmçinin ulduz futbolçunun mundiallar tarixinin pley-off mərhələsində ilk qolu olub.
Bu qolla matçda hesabı bərabərləşdirən Ronaldo dünya çempionatlarında pley-offda rəqib qapılarına yol tapan ən yaşlı oyunçu kimi tarixə düşüb.
Hücumçu 81-ci dəqiqədə Ruben Neveşlə əvəzlənib.