Bu çimərlik köpəkbalıqlarına görə bağlana bilər

08:53 03.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-nin Nyu-York şəhərindəki Rokuey çimərliyi bağlana bilər.

Hafta.az xəbər verir ki, buna səbəb sahilə yaxın hissədə köpəkbalıqlarının müşahidə edilməsidir.

İyulun 2-də şəhərin ən böyük çimərliyinin yaxınlığında bir neçə köpəkbalığı peyda olub.

Qeyd edək ki, Nyu-Yorkda son günlər havanın temperaturu 38 dərəcəyə qədər yüksəlib. Yerli hakimiyyət orqanları şəhər daxilində soyutma mərkəzlərinin açılmasına dair göstəriş verib./“FOX News”/