Yazını böyüt
Yazını kiçilt
"Düşmənin səhv hesablaması əvvəlkindən daha sarsıdıcı cavabla qarşılaşacaq".
Hafta.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) açıqlayıb.
İranın ABŞ-İsrail hücumu zamanı öldürülən Ali Lideri Əli Xamenei ilə vida mərasimi fonunda SEPAH-ın bəyanatında deyilir:
"Düşmənin şər cəbhəsini xəbərdar edirik ki, hər hansı bir səhv hesablama həmişəkindən daha qətiyyətli və daha sarsıdıcı cavabla qarşılaşacaq və bu, onların alçaldıcı tarixində əbədi olaraq qeyd olunacaq. Bu hazırlıq sadəcə hərbi nümayiş deyil, əksinə, qəyyumluq kölgəsi altında və ilahi gücə güvənərək düşməni diz çökdürən hər hansı bir zülm və təcavüzə qarşı oyanmış və intiqam alan bir millətin ikrahının bəyanatıdır".