Bakının Nizami rayonunda dörd avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Hafta.az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkədə paylaşılıb.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) Mətbuat Xidmətinin baş inspektoru Rüstəm Əhmədli açıqlamasında faktı təsdiqləyib.
O qeyd edib ki, zəncirvari qəza iyulun 2-də saat 19:50-də Qara Qarayev prospektində qeydə alınıb:
"Hadisə Rakif Səlifovun idarə etdiyi "Chevrolet" markalı 77-MM-144 dövlət nömrə nişanlı, Tapdıq Süleymanovun idarə etdiyi "Ford" markalı 77-KM-615 dövlət nömrə nişanlı, Almara Yusifovanın idarə etdiyi "Hyundai" markalı 99-KK-766 dövlət nömrə nişanlı və Tural Abışzadənin idarə etdiyi "Changan" markalı 77-XC-080 dövlət nömrə nişanlı avtomobillərin toqquşması nəticəsində baş verib. Nəticədə "Chevrolet"in sürücüsü Rakif Səlifov, həmin avtomobildə olan sərnişin Fərqanə İsayeva və "Hyundai" markalı avtomobildə olan sərnişin Fidan Məmmədli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır".