“Sumqayıt”dan qapıçı transferi

23:22 03.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2026/2027-ci illər mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” növbəti futbolçu keçidini reallaşdırıb.

Klubdan hafta.az-a bildirilib ki, komanda Portuqaliya təmsilçisi “Pasuş Fereyra”da çıxış etmiş Jeymes Almeyda ilə 2+1 illik müqavilə imzalayıb. 25 yaşlı qapıçı “1” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Jeymes Almeyda Braziliyanın “Santos” klubunun yetirməsidir. Qapıçı karyerası ərzində Portuqaliyanın “Pasuş Fereyra” və “Montaleqre” klublarında çıxış edib.