“Səbail” yeni transfer edib

17:58 04.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Səbail” futbol klubu yeni transferini reallaşdırıb.

Hafta.az xəbər verir ki, bu barədə “Səbail” Futbol Klubu məlumat yayıb.

Son olaraq Premyer Liqada “İmişli”də çıxış etmiş Abbas Ağazadə ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi ötən mövsüm Azərbaycan Premyer Liqasında 33 oyuna çıxıb və 1 qola imza atıb.