OPEC neft hasilatının artırılmasını müzakirə edəcək

13:27 05.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Bakı vaxtı ilə saat 14:00-da OPEC + ölkələrinin (Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair, Oman) iclası keçiriləcək. İclasda neft hasilatının 188 min barel artırılması müzakirə ediləcək.

Hafta.az xəbər verir ki, ABŞ-İran müharibəsi ilə əlaqədar Hörmüz boğazının bağlanması üzv ölkələri hasilatı azaltmaq məcburiyyəti qarşısında qoymuşdu.

ABŞ ilə İran arasında razılaşmadan və boğazın açılmasından sonra hasilat kvotasının bərpa edilməsi məsələsi gündəmə gəlib. İclasda qəbul ediləcək qərar dünya bazarında neftin qiymətinə təsir göstərəcək. Mütəxəssislərin fikrincə, qərardan asılı olaraq neftin qiymətinin aşağı düşməsi gözlənilir.