NATO sammitində müdafiə xərclərinin artırılmasından danışılacaq

08:17 06.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp iyulun 7–8-də Ankarada keçiriləcək NATO sammitində alyansa üzv ölkələri müdafiə xərclərini artırmağa çağıracaq.

Hafta.az xəbər verir ki, sammitə iyulun 7-də qatılacaq ABŞ Prezidenti NATO müttəfiqlərinə müdafiə xərclərinin artırılmasının vacibliyini bir daha çatdıracaq.

Ağ Ev rəsmisi bildirib ki, Donald Tramp sammit çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Əhməd Əl Şaraa ilə görüşəcək. ABŞ Prezidenti, həmçinin sammitin yekunlarına dair mətbuat konfransı keçirəcək.

Bundan əlavə, sammit zamanı milyardlarla dollar dəyərində hərbi müqavilələrin elan ediləcəyi gözlənilir. Lakin bununla bağlı əlavə təfərrüatlar açıqlanmayıb./“Reuters”/