Yazını böyüt
Yazını kiçilt
Azərbaycanın qızlardan ibarət U-20 basketbol millisi debüt etdiyi Avropa çempionatının B divizionunda ilk qələbəsini qazanıb.
Hafta.az xəbər verir ki, yığmamız qrup mərhələsində Albaniya seçməsi ilə qarşılaşıb.
Görüş basketbolçularımızın 88:60 hesablı inamlı qələbəsi ilə yekunlaşıb. Bu, Azərbaycanın U-20 qızlar millisinin Avropa çempionatının B divizionunda ilk qələbəsi kimi tarixə düşüb.
Millimiz qrupda son oyununu 6 iyulda keçirəcək. Komandamız Bakı vaxtı ilə saat 18:45-də Yunanıstan seçməsi ilə üz-üzə gələcək.