Macarıstan tarixdə ilk dəfə Rumıniyanı ötdü

10:15 06.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Macarıstan Milli Bankının qızıl ehtiyatları müasir tarixdə ilk dəfə olaraq Rumıniyanın ehtiyatlarını üstələyib.

Hafta.az xəbər verir ki, "The Gold Bullion Company" tərəfindən Ümumdünya Qızıl Şurasının məlumatları əsasında hazırlanan araşdırmaya görə, Macarıstanın qızıl ehtiyatı 110 tona, dəyəri isə təxminən 12,1 milyard ABŞ dollarına çatıb.

Bildirilir ki, ölkənin qızıl ehtiyatı 2023-cü ilin dekabrından 2026-cı ilin aprelinə qədər 16,4 faiz artaraq 94,5 tondan 110 tona yüksəlib. Bu göstərici ilə Macarıstan dünyada qızıl ehtiyatını ən çox artıran ölkələr arasında doqquzuncu yerdə qərarlaşıb və qlobal miqyasda 37-ci ən böyük ehtiyata sahibdir.

Mərkəzi Şərqi Avropa ölkələri, o cümlədən Çexiya, Polşa və Serbiya son illərdə qızıl ehtiyatlarını xüsusilə sürətlə artırıb. Ekspertlər bunu geosiyasi gərginliyə və maliyyə qeyri-sabitliyinə qarşı tədbir kimi qiymətləndirir.