Yazını böyüt
Yazını kiçilt
İyulun 6-sı saat 11:00-a olan faktiki hava açıqlanıb.
Bu barədə Hafta.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 6-sı saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır. Yağıntılar ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterlidir.
Düşən yağıntının miqdarı Xızıda 20, Xaltanda 18, Lerikdə 15, Şuşa, Şahdağda 4, Kəlbəcər, Füzulidə 2, Şərur, Şahbuz, Ordubad, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Qusar, Tərtər, Yardımlı, Astara, Ağdam, Zəngilan, Laçın, Qubadlı, Xankəndi, Xocalıda 1 mm-dir.