Yazını böyüt
Yazını kiçilt
Türkiyənin TOGG elektromobilinin istehsalçıları limuzinin yeni versiyasını hazırlayıblar. Bu model Ankarada keçiriləcək NATO dövlət və hökumət başçılarının 36-cı sammiti Təşkilat Komitəsinin avtomobil parkına daxil edilib.
Hafta.az xəbər verir ki, xarici nümayəndə heyətlərinin üzvlərini daşıyacaq 10 TOGG limuzini istehsal edilib.
Türkiyə istehsalı olan limuzinlər NATO sammitinin əsas tədbirlərindən biri olan Müdafiə Sənayesi Forumunun keçiriləcəyi ATO Konqresinin qarşısında park edilib.
Bu arada, ABŞ Prezidenti Donald Trampın kortejində olan nəqliyyat vasitələri, o cümlədən “Kadillak” markalı zirehli “The Beast” limuzini Ankaraya gətirilib. Bu, Ağ Ev rəhbərinin hərəkət etdiyi və ABŞ kəşfiyyat xidmətinin sifarişi ilə hazırlanmış avtomobildir.