Fransanın Klermon-Ferran şəhərində bir neçə nəfərə bıçaqla hücum edən 34 yaşlı şəxs saxlanılıb.
Hafta.az xəbər verir ki, prokuror Erik Serfassın verdiyi məlumata görə, polis əməkdaşları hadisədən sonra şübhəlinin Karm meydanı yaxınlığında olduğunu müəyyənləşdiriblər. Şübhəli orada polis əməkdaşlarına doğru irəliləyib. Bu zaman polislərdən biri ona xidməti silahından atəş açıb.
Prokuror bildirib ki, həm hücum nəticəsində yaralanan şəxslərin, həm də saxlanılan şübhəlinin xəsarətlərinin ağırlıq dərəcəsi dəqiqləşdirilir. Şübhəlinin həyatı üçün təhlükənin olmadığı bildirilir.
Erik Serfass əlavə edib ki, saxlanılan şəxs əvvəllər məhkumkuq həyatı yaşayıb.
Prokuror vurğulayıb ki, hazırkı mərhələdə hadisənin terror xarakteri daşıdığını göstərən heç bir əlamət müəyyən olunmayıb.
Hadisənin təfərrüatlarını və motivini müəyyənləşdirmək məqsədilə istintaq davam etdirilir.