“Araz-Naxçıvan” Əhmədzadə ilə yeni müqavilə imzalayıb

18:24 07.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Araz-Naxçıvan” futbolçusu Mustafa Əhmədzadə ilə yeni müqavilə imzalayıb.

Hafta.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı yarımmüdafiəçi daha 2 il “qırmızı-ağlar”ın formasını geyinəcək. O, 2023-cü ildən bu komandada çıxış edir.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Slavik Alxasov, Ömər Buludov, Tərlan Əhmədli, Ülvi İsgəndərov, İbrahim Piriyev, və İssouf Paro ilə müqaviləni uzadıb.