Prezident "İçərişəhər"lə bağlı fərman imzaladı

15:34 08.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə"də dəyişiklik edilib.

Hafta.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanı imzalayıb.

Dəyişikliklə əsasnamənin 9-cu hissəsi aşağıdakı redaksiyada verilib:

"Qoruğun ərazisində yerləşən abidələrin korlanması və ya məhv edilməsi, İdarə ilə razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır".