"“Mavi axın” qaz kəməri hücuma məruz qalıb"

14:07 08.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Mavi axın” qaz kəmərini dəstəkləyən “Krasnodarsk” kompressor stansiyası iyulun 7-si axşamı dron hücumuna məruz qalıb.

Hafta.az xəbər verir ki Rusiyanın “Qazprom” şirkəti bu barədə açıqlama verib.

Şirkət hücumun məqsədinin Rusiya təbii qazının Türkiyəyə fasiləsiz təchizatını pozmaq olduğunu qeyd edib. “Vurulan zərər hazırda aradan qaldırılır. Təxirəsalınmaz tədbirlər təchizatda fasilələrin qarşısını alıb”, -deyə şirkətin açıqlamasında qeyd olunub.

Şirkət vurğulayıb ki, “Mavi axın” kəməri ilə qaz təchizatı normal şəkildə davam edir.

“Mavi axın” Rusiya və Türkiyəni Qara dənizin dibi ilə birləşdirən ixrac qaz kəməridir. O, tranzit ölkələrdən keçərək Rusiya təbii qazının Türkiyə bazarına birbaşa təchizatını təmin etmək üçün 2002-ci ilin dekabr ayında istismara verilib. Boru kəmərinin uzunluğu təxminən 1213 kilometrdir və layihə gücü ildə 16 milyard kubmetrdir. “Mavi axın” vasitəsilə nəql edilən qaz yalnız Türkiyədə daxili istehlak üçün nəzərdə tutulub.