ABŞ 100 ildən sonra ilk dəfə dairəvi olmayan xatirə sikkəsi buraxır

10:20 08.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Zərbxanası ölkənin müasir tarixində ilk dəfə dairəvi olmayan xatirə sikkəsini dövriyyəyə buraxacağını açıqlayıb.

Hafta.az xəbər verir ki, zəng formasında hazırlanan sikkə ABŞ-nin yaranmasının 250 illiyinə həsr olunacaq.

Məlumata görə, sikkənin ön tərəfində Azadlıq Zəngi, 1776–2026-cı illər və "Azadlıq" yazısı, arxa tərəfində isə İstiqlal zalı, atəşfəşanlıq təsviri və ABŞ-nin adı yer alacaq.

ABŞ-də xatirə sikkələrinin buraxılması uzun illərdir davam edən ənənədir. Bu seriyada ən çox satılan nümunə 1986-cı ildə dövriyyəyə buraxılan Azadlıq heykəli sikkəsi olub.