Kiyev raket hücumlarına məruz qalıb

08:37 08.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya ordusunun iyulun 8-nə keçən gecədən etibarən Kiyevə həyata keçirdiyi intensiv hava hücumu nəticəsində 2 nəfər xəsarət alıb.

Hafta.az xəbər verir ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko teleqram kanalında paylaşım edib.

Onun sözlərinə görə, Kiyevin bəzi ərazilərində elektrik enerjisinin verilişi dayanıb.