Türkiyə Almaniya və NATO üçün önəmli bir tərəfdaş və müttəfiqdir.
Hafta.az xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts NATO-nun Ankarada keçirilən Sammiti ilə əlaqədar X hesabındakı paylaşımında bildirib.
O, Ankarada göstərilən yüksək qonaqpərvərliyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.
Qeyd edək ki, Kansler Ankaraya yola düşməzdən əvvəl media nümayəndələrinə açıqlamasında NATO-nun Ankarada güc və birlik nümayiş etdirməsinin vacibliyini vurğulayıb. Almaniyanın bu Sammitə ciddi hazırlaşdığını bildirən Fridrix Merts deyib:
"Arzum budur ki, birlikdə "Ankara ruhu"nu formalaşdıra bilək. Bu Sammitdən veriləcək əsas mesaj belə olmalıdır: NATO-nun transatlantik xarakterini qoruyub saxlaması üçün biz daha güclü Avropa dayaqlarına malik NATO qururuq”.