Yazını böyüt
Yazını kiçilt
Paytaxtın Binəqədi rayonu, Bakı-Sumqayıt şosesində, "Şamaxinka" tunelindən çıxış hissədə nəqliyyat vasitələrindən birində yanğın baş verib.
Hafta.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən həm “Xırdalan" dairəsi, həm də metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb. Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması məqsədilə zəruri tədbirlər görülür.