ÇL: “Sabah” Uels klubunu məğlub etdi

21:58 07.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünə start verilib. 

Hafta.az xəbər verir ki, Azərbaycan çempionu “Sabah” da görüşə çıxıb.

1-ci təsnifat mərhələsində oynayan komanda Uelsin TNS klubu ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. 

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, ilk oyun

7 iyul

“Sabah” (Azərbaycan) - TNS (Uels) - 2:0
Oollar: Velko Simiç, 66, Kaheem Parris, 83

Qırmızı vərəqə: Solvet, 90+2 ("Sabah")

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu iyulun 14-də Osvestridəki (İngiltərə) "Park Hall"da keçiriləcək.