ABŞ gecə saatlarında İrana qarşı güclü zərbələr endirib

08:20 08.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ qüvvələri İrana qarşı bir sıra güclü zərbələr endirməyə başlayıb.

Hafta.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı açıqlama yayıb. Bildirilib ki, ABŞ-nin həyata keçirdiyi zərbələr İranın Hörmüz boğazından keçən üç kommersiya gəmisinə hücumlarına cavab olaraq endirilir.

“İranın nümayiş etdirdiyi təcavüzkarlıq əsassız, təhlükəlidir və atəşkəsin açıq şəkildə pozulmasıdır”, – deyə açıqlamada qeyd olunur.