Yazını böyüt
Yazını kiçilt
ABŞ-nin İrana qarşı həyata keçirdiyi son hərbi zərbələrin əvvəlkilərlə müqayisədə daha genişmiqyaslı olduğu bildirilir.
Hafta.az xəbər verir ki, bu barədə “NBC News” ABŞ rəsmisinə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, hücumlar ABŞ Hərbi Hava Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin taktiki aviasiyası tərəfindən həyata keçirilib. O qeyd edib ki, bu əməliyyatın miqyası İrana qarşı əvvəlki cavab zərbələrindən daha böyükdür.
Xatırladaq ki, bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında gəmilərə hücum edildiyi iddialarına cavab olaraq İrana qarşı bir sıra zərbələr endirildiyini açıqlamışdı.