ABŞ Mərkəzi Komandanlığı qüvvələri iyulun 7-də İrana qarşı həyata keçirdiyi zərbələr zamanı 80-dən çox hədəfi yüksək dəqiqlikli sursatlarla vurub.
Hafta.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, ABŞ qüvvələri İranın Hörmüz boğazında və ətrafında yerləşən hava hücumundan müdafiə sistemlərinə, idarəetmə şəbəkələrinə, sahil radar mərkəzlərinə, gəmi əleyhinə raket sistemlərinə və 60-dan çox kiçik qayığına zərbələr endirib. Məqsəd İranın beynəlxalq ticarət marşrutlarına hücum imkanlarını zəiflətmək olub.
“İran bu yaxınlarda boğazdan keçən üç ticarət gəmisinə hücum edib. İran qüvvələrinin əsassız təcavüzü atəşkəsin açıq və təhlükəli şəkildə pozulmasıdır, həmçinin naviqasiya azadlığını təhdid edir. Mərkəzi Komandanlıq qüvvələri razılaşmaya əməl edilmədiyi təqdirdə, İranı məsuliyyətə cəlb etməyə hazırdır”, – deyə açıqlamada bildirilib.