Çətənə kolları yetişdirən şəxs saxlanıldı

10:37 09.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 28 yaşlı Ramal Pənciyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Hafta.az-a verilən məlumata görə, şəxsə məxsus əkin sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq göstərilərək yetişdirilən 181 ədəd çətənə kolu aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ramal Pənciyev barəsində həbs qətimkan tədbiri seçilib.