Daşqın - 39 ölü, 9 itkin

15:02 09.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çinin cənubundakı Quansi-Çjuan Muxtar Rayonunun Nannin şəhərində baş verən daşqınlar nəticəsində 39 nəfər ölüb, 9 nəfər itkin düşüb.

Hafta.az xəbər verir ki, bu barədə Nannin şəhər merinin müavini Dinq Vey brifinqdə bildirib.

Dinq Vey bildirib ki, "İndiyə qədər Nanninqdə daşqınlar nəticəsində 39 nəfər, o cümlədən Liulan su anbarındakı bəndin dağılması nəticəsində ölənlər var və daha doqquz nəfər hələ də itkin düşüb".