İŞİD-in üzvü olmaqda şübhəli bilinən 2 nəfər saxlanıldı

15:40 09.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniyanın Federal Baş Prokurorluğu Şlezviq-Holştayn əyalətində İŞİD terror təşkilatının üzvü olmaqda şübhəli bilinən iki nəfərin saxlanıldığını açıqlayıb.

Hafta.az xəbər verir ki, məlumatda İraq vətəndaşları olan həmin şəxslərin Federal Kriminal Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı qeyd olunub. Saxlanılan şəxslərdən birinə qarşı müharibə cinayəti - əmlaka qarşı cinayət törətmək ittihamı da irəli sürülüb.

İstintaqın məlumatına görə, saxlanılan şəxslər 2014-cü ildə İraqda İŞİD terror təşkilatına qoşularaq onun tərkibində müxtəlif vəzifələrdə fəaliyyət göstərib, silahlı əməliyyatlarda iştirak ediblər. Onlardan biri İraq dövlətinə məxsus Baici neft emalı zavodunun ələ keçirilməsində iştirak etməkdə, digəri isə Almaniyaya gəldikdən sonra İŞİD təbliğatı yaymaqda ittiham olunur.

Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.