Bu gün Hindistan matəmdir, bayraqlar yarıya endirilib

13:24 13.07.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistan hökuməti Qətər Əmirinin atası və ölkənin keçmiş lideri Şeyx Həməd bin Xəlifə əl-Taninin vəfatından sonra 13 iyul tarixini milli matəm günü elan edib.

Hafta.az yazır ki, rəsmi fərmana əsasən, matəm günü ərzində ölkə daxilindəki bütün hökumət binalarında Hindistan bayrağı yarıya endiriləcək. Bundan əlavə, bu gün üçün planlaşdırılan bütün rəsmi əyləncə tədbirləri ləğv edilib.

Hindistanın Baş naziri Narendra Modi başsağlığı mesajı ilə mərhumu Hindistanın yaxın dostu və uzaqgörən lider kimi təsvir edib. Modi Şeyx Həməd bin Xəlifə əl-Taninin regional inkişafa və iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsinə verdiyi töhfələri xüsusilə vurğulayıb.

Daha əvvəl Qətər Əmirlikləri Divanı Şeyx Həməd bin Xəlifə əl-Taninin 74 yaşında vəfat etdiyini açıqlayıb. 1995-ci ildən 2013-cü ilə qədər Qətərə rəhbərlik edən Sani 2013-cü ilin iyun ayında könüllü olaraq taxt-tacdan imtina edərək onu oğlu, hazırkı Əmir Şeyx Təmim bin Həməd əl-Saniyə təhvil verib. O vaxtdan bəri o, rəsmi olaraq "Əmirin atası" titulunu qəbul edib.