Aİ Ermənistana yeni missiya göndərəcək

15:27 13.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı hibrid təhdidlərə qarşı mübarizə aparmaq üçün Ermənistana yeni missiya göndərəcək. 

Hafta.az xəbər verir ki, bu barədə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

Onun sözlərinə görə, Aİ xarici işlər nazirləri Brüsseldə keçiriləcək görüşdə yeni Aİ missiyasının yaradılmasını təsdiqləyəcəklər:

"Ermənistanın hibrid təhdidlər və xarici informasiya manipulyasiyası və müdaxiləsi ilə mübarizə aparmaq üçün yeni tərəfdaşlıq missiyası barədə də razılığa gələcəyik, çünki onlar əslində bununla üzləşirlər".