“Resurs” ADPU-nun Quba filialında tədbir keçirdi

14:31 13.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Resurs” Analitik İnformasiya Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Cəmiyyətdə milli şüur probleminin təhlili” layihəsi çərçivəsində növbəti tədbirini Quba rayonda ADPU-nun Quba filialında keçirib. Tədbiri giriş sözü ilə açan “Resurs” Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin “Cəmiyyətdə milli şüur probleminin təhlili” layihəsinin icrasına cəlb olunmuş əməkdaşı Qismət İsmayılov 44 günlük Vətən Müharibəsində əldə olunan hərbi zəfərdən, müharibə dövründə xalqın Fateh Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşək, Müzəffər ordumuzun torpaqlarımızın azad edilməsində göstərdiyi qəhrəmanlığından danışdı. Bildirdi ki, Vətən müharibəsində igidlik göstərən vətən oğullarının şücaəti milyonlarla insanlara qələbə sevincini yaşatdı. Bu qələbə tarixin yaddaşına əbədi həkk olunub. İllər, əsrlər keçsə də qazanılan hərbi qələbə yaddaşlardan silinməyəcək, Gələcək nəsillər böyük qürurla və fərəhlə parlaq hərbi zəfəri qeyd edəcəklər.

Q.İsmayılov gənc nəsli vətənə, dövlətə bağlılıq ruhunda böyüməsinin, tərbiyə olunmasının vacibliyini söylədi və tədbir iştirakçılarını bu istiqamət də maarifləndirmə işinin təşkilində fəal olmağa çağırdı.

Tədbirdə çıxış edən Quba rayon icra hakimiyyətinin əməkdaşı Aynur Yəhyayeva 44 günlük Vətən müharibəsində qısa bir zamanda uğurlu əməliyyatlar nəticəsində düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad olunması ilə Azərbaycan xalqının Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi zəfərə imza atdığını söylədi.

ADPU-nun Quba filialının Humanitar və təbiət elmləri fakültəsinin dekan səlahiyyətlərini icra edən Nübar Bayramova, 44günlük Vətən Müharibəsində böyük zəfərə imza atan Azərbaycan xalqının işğaldan azad edilən ərazilərin qurulmasında, cənnətə çevrilməsində böyük fədakarlıq, yüksək əzmkarlıq göstərdiyini söylədi: “Artıq 30 ilə yaxın həsrətlə gözlədiyimiz torpaqlarımız bu gün dirçəlir. O yerlərə yeni nəfəs gəlir. Tikinti, təmir və bərpa işlərindən sonra insanlar öz doğma yurd-yuvalarına qayıdırlar. Biz işğaldan azad edilən ərazilərə qayıtmışıq və əbədi olaraq da o yerlərdə yaşayacağıq”.

Tədbirdə çıxış edənUniversiteti tələbələri Mələk İbrahimova, Zəhra Qasımova, şəhid Aqil Məlikovun həyat yoldaşı, ADPU-nun Quba filialının akademik məsləhətçi Günel Məlikova, Universitetin kitabxanasının müdiri Samirə Hacıyeva, Quba rayonu ikinci Nügədi kənd kitabxanasının müdiri Fərəh Tacıyeva və digərləri 44 günlük Vətən Müharibəsi tariximizin ən şanlı səhifəsi olduğunu bildirdilər. Qeyd olundu ki, İkinci Qarabağ müharibəsində qazanılan qələbə dünyanın hərb tarixinə qızıl hərflərlə yazılacaq və heç zaman yaddaşlardan silinməyəcək.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilib.